Sarkisyan Rusiyadan qorxdu

Sarkisyan Rusiyadan qorxdu
  27 İyun 2015    Oxunub:3843
İrəvanda keçirilən aksiyalar anti-Rusiya xarakteri daşımır.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü prezident Serj Sarkisyan Ermənistan - Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri, Rusiya Federasiyası nəqliyyat naziri Maksim Sokolov ilə görüşdə bildirib.

“Ermənistan prezidenti İrəvanda artıq bir neçə gündür ki, elektrik enerjisinin bahalaşması ilə əlaqədar keçirilən aksiyalardan danışarkən, bəzi ekspertlərin bu aksiyalarda antirusiya əhval-ruhiyyəsinin olduğunu qeyd edirlər. O vurğulayıb ki, nümayişçilərin bu mülahizələrinin absurdluğunu təsdiq etmələri onu sevindirir”, - deyə, Sarkisyanın mətbuat xidmətinin görüşlə əlaqədar yaydığı məlumatda bildirilir.

Sarkisyan vurğulayıb ki, hökumət böhran səviyyəsinin və elektrik enerjisinin maya dəyərinin artması ilə əlaqədar qeyri-populyar addımlar atmağa məcbur qalıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti