Erməni polisi etirazçıların çadırlarını dağıdır – CANLI YAYIM

Erməni polisi etirazçıların çadırlarını dağıdır – CANLI YAYIM
  27 İyun 2015    Oxunub:7687
Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, nümayişçilər Barqamyan prospektini tərk etmək imtina edirlər.

Ötən gecə Barqamyan prospektində etirazçılarla hüquq mühafizə orqanları əməkdaşları arasında xırda insidentlər də yaşanıb.

Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.



Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

***
11:24

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.

Erməni polisi nümayişçilərin Baqramyan prospektində qurduqları çadırları söküblər. Polislər etirazçılara yaxınlaşaraq mitinqdə çadırların qurulmasına icazə verilmədiyini bildiriblər.

Bundan sonra etirazçıların çadırları sökülüb. Daha sonra erməni polisi çadırları nümayişçilərə qaytararaq onların bir daha qurulmamasına dair xəbərdarlıq edib.

Hazırda etirazçılar mitinqin keçirildiyi Baqramyan prospektində voleybol oynayır, küçələri təmizləyirlər.


Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti