Narışkin Azərbaycana gəldi

Narışkin Azərbaycana gəldi
  27 İyun 2015    Oxunub:3184
İyunun 26-da Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin və xanımı Tatyana Narışkina birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gəliblər.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və digər rəsmi şəxslər qarşıladılar.


Teqlər:





Xəbər lenti