Sabiq baş nazir və XİN rəhbəri vəfat etdi
“Prezidentə Yevqeniy Maksimoviç Primakovun ölümü barədə xəbər məruzə edilib, prezident Yevqeniy Maksimoviçin ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə Peskov jurnalistlər qeyd edib.
Onun sözlərinə görə, Putin Primakovu tanıyırdı, onun silahdaşı idi: “O, dövlət məmuru, alim, siyasətçi idi. Özündən sonra böyük irs qoydu”, - Peskov vurğulayıb.
Qeyd edək ki, diplomat Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə danışıqlarda yaxından iştirak edib. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın Qarabağ danışıqlarının gizlinləri ilə bağlı deyib ki, 1998-ci ildə Rusiya xarici işlər naziri Primakov ölkənin müdafiə nazirinin vasitəsilə onu təcili məsləhətləşmək üçün Moskvaya çağırıb.
Görüş zamanı Primakov deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonların böyük hissəsi Azərbaycana qaytarılmalıdır.
Eldar Tanrıverdiyev
Azvision.az