Saakaşvili evini satır - 1,2 milyona

Saakaşvili evini satır - 1,2 milyona
  26 İyun 2015    Oxunub:4150
Ukrayna paytaxtı Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin öz ailəsi ilə birlikdə qaldığı ev satışa çıxarılıb.
Bu barədə AzVision.az “Vesti”yə istinadən xəbər verir.

Rieltorlar Kostelnaya 7 ünvanında yerləşən 5 otaqlı mənzilin dəyərinin komissiya xərcləri olmadan 1,2 milyon dollar olduğunu bildiriblər. Bu evi ayda 6,5 min dollar ödəməklə kirayəyə də götürmək olar. Mənbənin sözlərinə görə, Saakaşvilinin Odessada işləməsinə baxmayaraq o tez-tez Kiyevdə olur.

“O, adətən həftədə bir dəfə Kiyevdə olur. Onun gəlişindən əvvəl orada hər şey yoxlanılır, küçə bağlanılır. Onun evi çox gözəldir, içərisində sütunlar da var”, - deyə mənbə bildirib.

Saakaşvilinin evinin olduğu bina 1917-ci ildə inşa olunub. Evin pəncərələri Maydana açılır. Evin fasadı heykəllərlə bəzədilib. Gürcüstanın sabiq prezidentinin evinin sahəsi 252 kvadrat metrdir. Evdə eksklüziv təmir işləri aparılıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti