BMT 2030-un məqsədlərini açıqladı
1. Dünyanın hər bir yerində yoxsulluq və onun bütün formalarına son qoymaq;
2. Aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təbliğ etmək;
3. Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək;
4. İnklyüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etmək;
5. Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq;
6. Hər kəs üçün su və sanitariyanın davamlı idarəetməsini və mövcudluğunu təmin etmək;
7. Hər kəs üçün əlverişli, etibarlı, dayanıqlı və müasir enerjiyə çıxışı təmin etmək;
8. İnklyüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu təbliğ etmək;
9. Möhkəm infrastruktur yaratmaq, inklyüziv və dayanıqlı sənayeləşməni və innovasiyanı təbliğ etmək;
10. Ölkələrarası və ölkədaxili qeyri-bərabərliyi azaltmaq;
11. Şəhərləri və digər insan yaşayış məskənlərini inklyüziv, təhlükəsiz, möhkəm və dayanıqlı etmək;
12. Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək;
13. İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təcili addımlar atmaq;
14. Dayanıqlı inkişaf üçün okean, dəniz və digər su hövzələrini qorumaq və onlardan düzgün istifadə etmək;
15. Ekosistemlərin dayanıqlı istifadəsini müdafiə, bərpa və təbliğ etmək, meşələri dayanıqlı idarə etmək, səhralaşma ilə mübarizə aparmaq, torpaq deqradasiyasının qarşısını almaq və dayandırmaq, o cümlədən biomüxtəliflik itkisini dayandırmaq;
16. Dayanıqlı inkişaf uğrunda sülhsevər və inklyüziv cəmiyyəti təbliğ etmək, hər kəs üçün ədaləti təmin etmək, və bütün səviyyələrdə səmərəli, məsul və inklyüziv institutları yaratmaq;
17. İcra vasitələrini möhkəmləndirmək və dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı canlandırmaq.
AzVision.az
Teqlər: