İrəvanda etirazçılardan daha bir tələb
İndiyədək etirazçıların əsas tələbi iyunun 17-də elektrik enerjisi qiymətlərinin 16% artırılmasının ləğv edilməsi idi. Hökumətin bu addımı insanların kütləvi şəkildə etiraz mitinqinə toplaşmasına səbəb olub. Hazırda mitinqdə 5 mindən çox adamın iştirak etdiyi bildirilir. Havanın yağışlı olmasına baxmayaraq, insanlar meydanı tərk etmir.