15-ci qızıl medalı qazandıq
![15-ci qızıl medalı qazandıq 15-ci qızıl medalı qazandıq](https://azvision.az/photos/teymur1.jpg)
AzVision.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Teymur Məmmədov final qarşılaşmasında italiyalı Valentino Manfredonianı 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri arenada final oyununu izləyiblər.
AzVision.az