Erməni politoloq etirazlarda Rusiyanı günahlandırdı

Erməni politoloq etirazlarda Rusiyanı günahlandırdı
  24 İyun 2015    Oxunub:2359
"Hakimiyyət orqanları bu mitinqin iştirakçılarına qarşı etdikləri hərəkətlərə görə məsuliyyət daşıyırlar.
AzVision.az xəbər verir ki, bu barədə erməni politoloqu Davit Şahnazaryan mitinq haqqında "1-in LRATVAKAN" saytı müxbirinin suallarına cavab verərkən bildirib.

“Onlar Ermənistanla sivil dünyanın əlaqələrinə çox böyük ziyan vurdular. Bizim bu günkü sosial-iqtisadi vəziyyətimizın müntəzəm olaraq dərinləşməsi bizim xarici siyasətimizə mənfi təsir etməkdə davam edir. Məlumdur ki, hazırkı mitinqdə təşkilatçılıq və idarəçilik yoxdur. Ciddi addımlar atılmır, tələblər tam məlum deyil. Çıxış edənlər hərəsi bir tələb irəli sürür.

Biz neçə ki, Rusiyanın siyasi oyunları ilə hərəkət edəcəyik, Avrasiya İqtisadi Birliyi adlanan qurumla əlaqələri inkişaf etdirməyə çalışacağıq bu hadisələr də həmişə davam edəcəkdir. Problemin yeganə həlli yolunun bir açarı var ki, o da özümüzdə olmalıdır. Yəni biz öz dövlətçiliyimizi özümüz idarə etmək üçün mübarizə aparmalıyıq. Əks təqdirdə Rusiya həmişə olduğu kimi bizi sıxışdıracaq.

Mən bir siyasətçi kimi sadəcə mitinqi izləməyə gəlmişəm. Mitinq təşkilatçılarının gələcək planları məlum olmadığına görə onlarla əlaqəm yoxdur. Əgər bu barədə məlumat almaq istəyirsinizsə, onda onların özlərindən soruşun”, – deyə politoloq qeyd edib

Azvision.az


Teqlər:  





Xəbər lenti