İranda orucu pozan 150 nəfər tutuldu

İranda orucu pozan 150 nəfər tutuldu
  24 İyun 2015    Oxunub:2967
İyunun 22-si Təbriz polisi şəhərin beş ulduzlu Şəhriyar otelində 150 qadın və kişini ictimai yerdə orucu pozub yeməkdə ittiham edərək nəzarətə alıb.
Şərqi Azərbaycan vilayəti polisinin müavini bildirib ki, Ramazan ayının əvvəlindən Şəhriyar otelində müştərilərə yemək təklif edildiyini təəssüf hissi ilə qeyd edib və məhkəmənin hökmü ilə orada orucluq ayında orucu pozanların nəzarət altına alındığını deyib.

Təbriz polisi nəzarətə alınanların sayının 92 nəfər olduğunu bildirib.

Otelin müdürü Hüseyin İbrahimi polisin rəftarını təhqiredici adlandırıb. Otel müdürü bildirib ki, polisin rəftarından narahat olan bəzi qonaqlar oteldən çıxıblar: “Mən şəxsən dünən nahardan bu gün sabah 5-ə kimi nəzarətdə qaldım, lakin kimsə bu müddətdə mənə ittiham haqda heç nə demədi.”

O həmçinin bildirib ki, polisin bu cur rəftarı turistləri vilayətdən uzaqlaşdıra bilər.
Ramazan ictimai yerlərdə yemək qadağan olsa da, otellərdə qonaqlara yemək təklif oluna bilər. Təbrizin beynəlxalq Şəhriyar oteli İranın ən böyük otellərindən biri sayılır.
(amerikaninsesi)


Teqlər:





Xəbər lenti