Kürd deputatlardan parlamentə hörmətsizlik - VİDEO

Kürd deputatlardan parlamentə hörmətsizlik -  VİDEO
  24 İyun 2015    Oxunub:6934
Ötən gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 25-ci çağırış millət vəkilləri and içərək vəzifələrinin icrasına başlayıblar.
AzVision.az-ın məlumatına görə, sadəcə Xalqın Demokratiya Partiyasının (HDP) üzvü olan 3 kürd millət vəkili and içməyib. Bu barədə məlumatı HDP qrupunun vəkilləri Pərvin Buldan və İdris Baluken yayıb.

Bildirilir ki, Muş millət vəkili Əhməd Yıldırımın qaynatası öldüyü üçün, Adana millət vəkili Rıdvan Turan əməliyyat olunduğu üçün və Bitlis millət vəkili Mizgin İrqatın anası və bacısı yol nəqliyyat qəzası keçirdiyi üçün həmin şəxslər andiçmə mərasimində iştirak etməyiblər.

Eyni zamanda HDP Diyarbəkir millət vəkili Feleknas Uca and içərkən çətinlik çəkib. Türkcə bilməyən kürd millət vəkili and içmə mərasimi üçün bir neçə gün əvvəldən türkcə öyrənməyə başlayıb.




Teqlər:  





Xəbər lenti