Hakerlər Ermənistan polisinin saytını dağıtdı

Hakerlər Ermənistan polisinin saytını dağıtdı
  24 İyun 2015    Oxunub:2445
Erməni kakerlər ölkə polisinin rəsmi saytını dağıdıblar.
AzVision.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan bildirib.

“Elə indicə yeni haker qrupu son hadisələrlə əlaqədar olaraq Ermənistan polisinin saytına hücum etdiyini bildirib. Hazırda sayt işləmir. Bu haker qrupu haqqında mənim məlumatım yoxdur”, - deyə Martirosyan qeyd edib.

Ekspertin sözlərinə görə, bu Ermənistana ilk vətəndaş haker hücumudur.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti