Dəniz Baykal parlament sədri oldu
D.Baykal yeni hökumət yaradılanadək parlamentə sədrlik edəcək. İclas qanunverici orqanın üzvlərinin andiçməsi ilə başlayıb. İyunun 28-də TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə keçiriləcək.
Xatırladaq ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilmiş növbəti seçkilərin nəticələrinə görə, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Millətçi Hərəkat və Xalqların Demokratik partiyaları yeni parlamentdə təmsil olunurlar. Hakim Ədalət və İnkişaf Partiyası 258 mandatla yeni parlamentdə çoxluq təşkil edir.
AzVision.az
Teqlər: