Ən az şikayət Azərbaycandan göndərilib

Ən az şikayət Azərbaycandan göndərilib
  24 İyun 2015    Oxunub:2540
Avropa İnsan Haqları Məhkəməsinə ən az şikayət Azərbaycandan göndərilib.
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə məhkəmənin mətbuat xidmətindən bildiriblər.

Bu ilin may ayının sonuna olan məlumata görə, Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan 1500 iddia daxil olub.

Birinci yerdə Ukrayna (13200) qərarlaşıb. İkinci Rusiya (9400), üçüncü isə Türkiyə (9200) olub.

Təcrübəyə əsasən, şikayətlərin hamısı hakimlərə çatmır. Qərarlar yalnız iddiaların 50 faizini əhatə edəcək.


Teqlər:





Xəbər lenti