“Məclis bir-birinə hörmət etməyə məcbur olan insanlardan, ancaq əl-ələ verərsə, qol-qola girərsə irəliləyə biləcək olan insanlardan ibarətdir. Xalqımızın istəyi belə oldu. Uzlaşmanın təməlində hüquq, əxlaq, vətənpərvərlik olacaq”.
Çıxışdan sonra andiçmə mərasimi başlayıb. Millət vəkilləri vilayətlərin əlifba sırası ilə and içməyə başlayıblar. Mərasimin azı 10 saat davam edəcəyi bildirilir.