`Titanik`in bəstəkarı həlak oldu

`Titanik`in bəstəkarı həlak oldu
  23 İyun 2015    Oxunub:3499
İki dəfə “Oskar” alan, “Titanik” və “Cəsur ürək” filmlərinin musiqisinin müəllifi 61 yaşlı amerikalı bəstəkar Ceyms Horner aviaqəzada həlak olub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bəstəkarın idarə etdiyi `S312 Tucano` tipli yüngülmotorlu təyyarəni musiqiçi Santa-Barbaradan 100 km şimalda qəzaya uğrayıb. Bəstəkarın ölümünü onun yardımçısı Silviya Patrisia təsdiqləyib. Hadisə baş verən zaman təyyarənin göyərtəsində yalnız pilot olub.

Horner, `Titanik`, `Cəsur Ürək`, `Avatar`, `Cumanci`, `Balto`, `Troya`, `Zorronun maskası` kimi filmlərin musiqilərinin bəstəkardır.

Qeyd edək ki, Horner 10 dəfə “Oskar” mükafatına namizəd göstərilsə də, yalnız iki dəfə qalib gəlib. Ceyms Hornerin 61 yaşı olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti