Saakaşvili Ukraynada öz ASAN Xidmətini yaradır

Saakaşvili Ukraynada öz ASAN Xidmətini yaradır
  23 İyun 2015    Oxunub:3495
“Tezliklə əməkdaşların yığılması və treninqlər başlayacaq”.
Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessada Azərbaycanın ASAN Xidmətinin analoqunu yaradır.

Oxu.Az xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.

"Üç aydan sonra Odessada inzibati xidmətlər mərkəzi təşkil olunacaq, burada bütün arayışlar, icazələr, rəsmiləşdirmə sənədləri yerində, növbəsiz və artıq məqamlar olmadan veriləcək. Tezliklə əməkdaşların yığılması və treninqlər başlayacaq.

Bu bün Qroysman (Ukrayna parlamentinin spikeri - red.) və mən insanların həyatını asanlaşdıracaq, inzibati xidmətlər sahəsində dələduzlardan azad edəcək bu layihə üçün binaya baxdıq", - deyə, Saakaşvili yazıb.


Teqlər:





Xəbər lenti