Dəhşətli istilər can aldı: 572 ölü - YENİLƏNİB
Əyalətin səhiyyə naziri Səid Maqneco bildirib ki, bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Həkimlərə tibbi müəssisələri tərk etməyə qadağa qoyulub, xəstəxanaların dərmanlarla təchizatı gücləndirilib. Kəraçidə bu gün havanın temperaturu 45 dərəcəyə çatıb.
Qeyd edək ki, bu ayın əvvəlində qonşu dövlət olan Hindistanda anomal isti hava şəraiti hökm sürmüşdü. Həmin vaxt anamola istilər 2200 insanın ölümü ilə nəticələnmişdi.
***
11:18
Pakistanın `News International` qəzetinin yaydığı məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 572-yə yüksəlib.
Eldar Tanrıverdiyev
Azvision.az