Obama iftar verdi

Obama iftar verdi
  23 İyun 2015    Oxunub:2422
ABŞ prezidenti Barak Obama Ağ evdə ənənəvi iftar ziyafəti təşkil edib.
AzVision.az-ın məlumatına görə, ziyafətdə konqresin müsəlman üzvləri, ABŞ müsəlman icmasının nümayəndələri, müsəlman ölkə səfirliklərinin diplomatik korpusu və s. iştirak ediblər. Ziyafətdə həmçinin hicablı olduğu üçün işdən çıxarılan Samanta Elaufun da iştirak etdiyi bildirilir.

İftar ziyafətində çıxış edən Obama Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətindən danışıb. O, qeyd edi ki, bu ilin əvvəlində “Çapel Hill”də amerikalı 3 müsəlman qətlə yetirildiyi zaman bütün inanclara mənsub amerikalılar o insanların ətrafında toplaşdı.

Obama həmçinin hicablı olduğu üçün işdən qovularaq məhkəməyə müraciət edən Samantanı da cəsarətinə görə təbrik edib: “Samanta hamı kimi müsavi şərtlərə sahib olmaq üçün hicab geyinmək hüququnu qorumağa qərar vermişdi. Ali məhkəməyə qədər getdi ki, mən onun yaşında ikən belə bir şey eləyə bilməzdim. Samanta qazandı. Səninlə fəxr edirik Samnanta”.


Teqlər:





Xəbər lenti