Qaribaşvili Rövnəq Abdullayevə təşəkkür etdi
Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir.
“Onlar (investorlar) faciənin ilk dəqiqələrindən etibarən həmrəylik nümayiş etdirdilər və bizim xalqa və hökumətə yardım edirlər. Xarici tərəfdaşların belə dəstəyi bizi həyacalandırmaya bilməz”, - deyə məktubda vurğulanır.
Gürcüstan Milli İnvestisiya Agentliyi ölkəyə yarım edən şəxslər və şirkətlərin adını da açıqlayıb. Bu şirkətlər arasında “SOCAR”-ın da adı var.
Qeyd edək ki, təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən “SOCAR Energy Georgia” zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari (təxminən 24 000 manat) vəsait ayırıb.
Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.
Xatırladaq ki, iyunun 14-ü baş verən təbii fəlakət nəticəsində Tbilisi 20 nəfər həlak olub. Hadisə zamanı şəhər zooparkı da dağılıb. Nəticədə begemot, ayı, pələng, pinqvin və digər vəhşi heyvanlar da şəhər küçələrinə dağılmışdı.
Eldar Tanrıverdiyev
Azvision.az