Erməni polisi etirazçıları zorla dağıtdı - VİDEO
AzVision.az paytaxt İrəvanda etiraz aksiyalarının dağıdılması görüntülərini təqdim edir:
Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.
İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.
Eldar Tanrıverdiyev
Azvision.az