`Emin və Leylaya görə təəssüflənirəm` - Araz Ağalarov

`Emin və Leylaya görə təəssüflənirəm` - Araz Ağalarov
  22 İyun 2015    Oxunub:26385
Rusiyalı milyarder Araz Ağalarov oğlu Emin və Leyla Əliyevanın ailəsinin dağıldığına görə təəssüflədiyini bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə biznesmen `Vedomosti`yə müsahibəsində bildirib.

“Bunun baş verdiyinə görə, təəssüflənirəm. Onların ikisi də xeyirxah, pozitiv insanlardır. Görünür, nəsə alınmadı. Onların çox yaxşı münasibətləri var, birlikdə uşaqları böyüdürlər”, - deyə Ağalarov vurğulayıb.

Qeyd edək ki, mayın 30-u Leyla Əliyeva öz rəsmi “İnsatgram” səhifəsində bildirib ki, onun Emin Ağalarovla mübasibətlərinin formal xarakterdə olması Azərbaycanda bir çoxlarına sirr deyil və artıq boşanmaq üçün müraciət edib:

“Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Xatırladaq ki, Leyla Əliyeva və Emin 2006-cı ildə ailə qurublar. Onların Əli və Mikayıl adlı əkiz övladları var.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti