`ABŞ Rusiyanın yox olmasını istəyir` - Patruşev

`ABŞ Rusiyanın yox olmasını istəyir` - Patruşev
  22 İyun 2015    Oxunub:2580
ABŞ istəyir ki, Rusiya bir dövlət kimi mövcud olmasın.
AzVision.az `Kommersant` qəzetinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. O, qeyd edib ki, Ukrayna onları tamamilə maraqlandırmır:

`Onları Rusiya maraqlandırır... Onlar Rusiyanın bir dövlət kimi mövcud olmamasını çox istəyirlər`.

Təhlükəsizlik Şurasının sədri öz fikrini belə əsaslandırıb: “Bizim böyük həcmdə təbii sərvətlərimiz var. Amerikalılar isə hesab edir ki, biz onlara qanunsuz şəkildə sahiblənmişik və onlara layiq deyilik. Çünki onların fikrincə, biz təbii sərvətlərdən lazım olan kimi istifadə etmirik”.

“Siz yəqin ki, ABŞ-ın sabiq baş katibi Madlen Olbraytın nə Uzaq Şərq, nə də Sibirin Rusiyaya məxsus olmaması barədə bəyanatını xatırlayırsınız”, - deyə Patruşev əlavə edib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti