Ermənistanda Rusiyaya qarşı etirazlar artır
Şəhər meydanlarına toplaşan yerli əhali Rusiyanın Ermənistan ərazisində olan çoxsaylı sülhməramlı bazalarını "işğal" adlandırıblar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər.
Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibi!" şüarının yazıldığı plakatlar tutublar.
Hazırda İrəvanın Azadlıq meydanına bir neçə min insan toplaşıb. Paytaxta gedən yollar bağlanıb, polis postları quraşdırılıb və insanlar paytaxta buraxılmırlar.
Etirazçılar iyunun 22-də tariflərin azaldılması, rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbi ilə prezident iqamətgahına doğru irəliləyəcəklər.
Qeyd edək ki, Ermənistanda elektrik şəbəkələri Rusiyaya məxsus şirkətlərin nəzarətindədir. Elektrik enerjisi qiymətləri son 2,5 il ərzində artıq üçüncü dəfədir ki, qaldırılır.
Teqlər: