7 ölkə II Avropa Oyunlarını keçirmək istəyir
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
P.Hikki bildirib ki, əvvəlki 5 namizədlə Oyunların keçirilməsi və təşkilati məsələlər müzakirə edilib: “Əvvəlcə 6 namizədimiz var idi. Niderlandın imtina etməsindən sonra 5 namizəd ölkə qaldı. Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsi ilə bu ölkələrin sırasına daha iki ölkə qatıldı".
O, qeyd edib: "Beləliklə, indi bizim yaxşı seçim etmək imkanımız olacaq. Ancaq hələlik yekun qərar qəbul edilməyib".