Kilsədə 9 nəfəri öldürən kollecdə qətliam planlaşdırırmış
Dostlarının bildirdiyinə görə, Dilan Ruf valideynlərinin ona verdiyi pulları toplayaraq özünə “Glock 45” tapançası alıb:
“Mən düşünmürəm ki, kilsə onun ilkin hədəfi olub, çünki o, bizə kollecə gedəcəyini demişdi. Mənim fikrimcə, o kollecə gedib, lakin təhlükəsizlik sisteminin olduğuna görə kollecə daxil ola bilməyib və sonra kilsəni hədəf seçib”, - deyə Rufun dostu bildirib.
Xatırladaq ki, iyunun 17-də ağdərili Dilan Ruf kilsəyə daxil olaraq atəş açmağa başlayıb. Nəticədə 9 nəfər - 3 kişi və 9 qadın ölüb. Ölənlərin hamısı qaradərilidir. Hadisəni törədən Dilan Ruf saxlanılıb. Cinayət Məcəlləsinin irqi nifrət zəminində törədilmiş cinayət və daxili terrorizm bəndləri üzrə cinayət işi açılıb.
Teqlər: