Rusiya Ukraynanı dağıtmağa hazırlaşmır
“Orada - Donetskdə və Luqanskda birmənalı əhval-ruhiyyə yoxdur. Donetsk və Luqanskda Rusiyaya birləşmək üçün referendum keçirilməyib. Düşünürəm ki, bu, siyasi nöqteyi-nəzərdən də doğru olmazdı. Siyasi planda heç kim Ukraynanın süqutunda maraqlı deyil”, - nazir bəyan edib.
Nazir növbəti dəfə bildirib ki, Rusiya Minsk danışıqlarını dəstəkləyir, hesab edir ki, onlar böhranın tənzimlənməsinə olan Rusiya baxışına tamamilə müvafiqdir.
“İndi onların (Minsk danışıqlarının) işləməsini sual altında qoymaq, Ukrayna dövlətinin bütövlüyünü sual altında qoymaq yalnız müxtəlif yönümlü ekstremistləri dəstəkləmək olardı. Biz bunu istəmirik. Biz Ukraynanın ondan asılı olan hər şeyi yerinə yetirməsini istəyirik, bura konstitusion islahatlar, cənubi-şərqdə baş verən hadisələrin iştirakçılarının əfvi də daxildir”, - Lavrov qeyd edib.
Teqlər: