Ayaz Mütəllibov: “Hamı İlham Əliyevin ətrafında birləşməlidir”

Ayaz Mütəllibov: “Hamı İlham Əliyevin ətrafında birləşməlidir”
  20 İyun 2015    Oxunub:23748
“Vəzifə pay deyil ki, onu Abbas Abbasova hədiyyə edim ”

Bunu AzVision.az-a Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov keçmiş dövlət müşaviri Qabil Hüseynlinin “Abbas Abbasov Ayaz Mütəllibovun kadrıdır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Mütəllibov qeyd edib ki, Abbas Abbasov onun kadrı deyil: “Onlar hökumətə, ölkəyə, respublikaya xidmət etmək üçün müxtəlif yollarla irəli çəkiliblər. O demək deyil ki, mən bütün təklif olunan sənədlərinə baxmışam, diqtə etmişən. Vaxt gələr deyərlər ki, Qabil Hüseynli də filan vaxtda, filan yerdə işləyib, onun da payına nəsə düşür. Mən də sabah araşdıraram ki, Qabil Hüseynli hansı yuvanın quşudur”.

A.Mütəllimov deyib ki, o, Abbas Abbasova tutduğu vəzifəni həddiyə deyə verməyib.
“Adıçəkilən adamlar indi nə ilə məşğuldur, hardadırlar? Bu Mütəllimovun adamıdır, bu birisi Heydər Əliyevin. Vəzifə paydır ki, kiməsə verəsən?. Onlar siyasətlə məşğuldurlar, mən is siyasətdən getmişəm”.

Sabiq prezident Abbas Abbasovun Azərbaycan əleyhinə apardığı kampaniyadan söz açaraq hər kəsi prezident İlham Əliyevin ətrafında birləşməyə çağırıb.

“Müstəqilliyimizi daha da möhkəmləndirmək üçün gərək hamı bir yumruq kimi birləşsin və dedi-qodulara son qoyulsun. Hazırda mürəkkəb vəziyyətdir, geosiyasi problemlər var. Daxildə çəkişmələrin ölkəyə heç bir xeyri yoxdur. Bu kimi çəkişmələrin qəti əleyhinəyəm. Mən işlədiyim zamanda belə problemlər, çəkişmələr dövlət çevrilişinə gətirib çıxardı. Azərbaycanda hökumət, prezident var. Hamı prezident ətrafında birləşib, ona kömək olmalıdır”.

I Avropa Oyunlarında Azərbaycana qarşı aparılan qarayaxma kompaniyasına münasibət bildirən A.Mütəllimov qeyd edib ki, bu yarışların ölkəmizdə keçirilməsi böyük nailiyyətdir.
“Avropa Oyunların Azərbaycanın böyük uğurudur. Azərbaycan prezidenti və birinci xanım bu böyük məsuliyyətin öhtəsindən gələ bildi. Bunun paxıllığını ancaq axmaqlar çəkər”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti