Ermənistan Qarabağ şərtini açıqladı

Ermənistan Qarabağ şərtini açıqladı
  19 İyun 2015    Oxunub:7808
Başqa prinsiplər, var ki, Qarabağ münaqişəsini yalnız ərazi bütövlüyü çərçivəsində həll etməyə imkan vermir.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Aşot Avokimyan NATO Parlament Assambleyasının İrəvanda keçirilən iclasında Çexiya palatasının deputatı Milan Sarapatkinin `Zaman Ermənistanın əleyhinə işləyir və erməni tərəfi strateji məqsədlər üçün işğal edilmiş əraziləri geri qaytarmağa hazırdırmı?` sualını cavablandırarkən bildirib.

“Biz münaqişənin sülh yolu ilə həll edilməsindən danışırıq. Ərazilərin qaytarılması – bu qarşılıqlı güzəşt deyil. Bu problemin birtərəfli həllidir. Əgər bu istiqamətdə davam etsək, biz problemin həllinə nail ola bilməyəcəyik”, - deyə erməni nazir müavini qeyd edib.

Ovakimyan bir daha vurğulayıb ki, Qarabağ probleminin həlli qarşılıqlı güzəştlər əsasında olmalıdır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti