77 nəfərin qatili politoloq olacaq

77 nəfərin qatili politoloq olacaq
  19 İyun 2015    Oxunub:5388
Məşhur terrorçu Anders Breyvik bakalavr proqramı üzrə təhsil almaq üçün Oslo Universitetinə müraciət edib. O, payızdan politologiya öyrənməyə başlayacaq.

AzVision.az xəbər verir ki, bu barədə Oslo Universiteti informasiya yayıb. Universitet bildirib ki, Breyvikin müraciətinə iyulun 20-də baxılacaq. Əgər müraciət təmin olunsa, terrorçu öz kamerasında qiyabi yolla politologiyanı öyrənəcək.

Xatırladaq ki, Andres Breyvik 2011-ci ilin 22 iyulunda Osloda partlayış törətməklə və insanlara atəş açmaqla 77 nəfərin ölümünə səbəb olub. O, 21 illik həbs cəzasına mıhkum edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti