Şengen vizası almaq asanlaşacaq

Şengen vizası almaq asanlaşacaq
  18 İyun 2015    Oxunub:3142
23 iyun 2015-ci il tarixindən başlayaraq Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycan Respublikasında Aİ-na Üzv Dövlətlərin konsulluqlarında Viza İnformasiya Sistemi (VİS) istifadə olunacaqdır.
AzVision.az xəbər verir ki, VİS Şengen dövlətlərinin qurumları arasında, xüsusilə də konsulluq, mərkəzi viza qurumları və sərhəd xidmətləri arasında qısa müddətli vizalara dair məlumat mübadiləsini dəstəkləyən mərkəzi məlumat bazasıdır.

Şengen viza ərizələri ilə bağlı prosedurların sadələşdirilməsi ilə viza daşıyıcılarının identifikasiyasını sürətləndirmək və identifikasiya oğurluğuna yol verməmək üçün ərizənin verilməsi prosesinə biometrik məlumatlardan (barmaq izləri və rəqəmsal fotoşəkil) istifadə də daxil olacaqdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti