`Avropa Oyunlarına görə vəziyyət sabitdir` - Nalbandyandan etiraf

`Avropa Oyunlarına görə vəziyyət sabitdir` - Nalbandyandan etiraf
  18 İyun 2015    Oxunub:2521
Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyatı yoxdur.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə NATO Parlament Assambleyasının İrəvanda keçirilən seminarı zaman çıxış edən xarici işlər naziri Edvard Nalbandyan bildirib.

Ermənistan XİN rəhbərinin sözlərinə görə, Yerevan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini davam etdirəcək: “Son günlər təmas xəttində vəziyyət sabitdir. Ekspertlər bunu Bakıda keçirilən Avropa Oyunları ilə əlaqələndirirlər”.

Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş ötən ilin oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin 2014-cü ilin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti