`Hər gün Bakı ilə əlaqə saxlayıram ` - Erməni nazir

`Hər gün Bakı ilə əlaqə saxlayıram ` - Erməni nazir
  18 İyun 2015    Oxunub:9921
Avropa Oyunlarına qatılmaq və ya qatılmaq barədə sual heç vaxt Ermənistan nümayəndə heyətinin qarşısında olmayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın idman naziri Qabriel Kazaryan bildirib.

“İdmanı siyasətlə qarışdırmaq lazım deyil. Avropa Oyunları Bakının mülkiyyəti deyil. Bu oyunları Beynəlxalq Olimpiya Komitəsinin tərkibinə daxil olan Avropa Olimpiya Orqanları keçirir. Ona görə də, bizim ora getməməyimiz üçün heç bir əsas yox idi”, - deyə Kazaryan vurğulayıb.

Nazir qeyd edib ki, şəxsən özü hər gün Bakıda olan erməni komandası ilə əlaqə saxlayır və onun vəziyyəti ilə maraqlanır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti