`Ermənistana lazımı qədər silah göndəririk` - Rusiya

`Ermənistana lazımı qədər silah göndəririk` - Rusiya
  18 İyun 2015    Oxunub:2675
Rusiya Azərbaycana silah satarkən Ermənistanla paritetin qorunmasını nəzərə alır.
AzVision.az-ın məlumatına görə, bu barədə Moskva-Astana-Yerevan telekörpüsündə çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bardyuja bildirib.

Rusiyanın Azərbaycana silah satması barədə sualı cavablandıran Bardyuja vurğulayıb ki, satış Rusiya rəhbərliyinin qərarı ilə həyata keçirilir.

`Vurğulamaq istəyirəm ki, Rusiya tərəfindən Azərbaycana silah satılarkən paritetin qorunması nəzərə alınır. Azərbaycana satılan silahlarla yanaşı, Ermənistana da lazımi qədər silah-sursat göndərilir və satılır`.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti