“Qarabağda müharibə başlasa, qan töküləcək” - Nikolay Bardyuja

“Qarabağda müharibə başlasa, qan töküləcək” - Nikolay Bardyuja
  18 İyun 2015    Oxunub:3072
“Qarabağ münaqişəsinin hərbi yolla həlli yolu yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Nikolay Bardyuja deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat bu münaqişəyə müdaxilə etmək səlahiyyətində deyil:

“ Ancaq bununla belə hər gün cəbhə zonasındakı hadisələrdən xəbər tuturuq. Münaqişənin həlli üçün Minsk qrupu yaradılıb. Onlar problemi yoluna qoymalıdırlar. Digər beynəlxalq təşkilatlar bu prosesə müdaxilə etməməlidirlər. KTMT olaraq biz onların fəaliyyətini dəstəkləyirik”.

O, qeyd edib ki, MDB məkanında mövcud olan münaqişələrdə (red: Qarabağ, Dnestryanı münaqişə) müharibə başlasa, uzun müddət davam edəcək, çoxlu qan töküləcək: “Bunu Rusiya yaxın qonşusu olan Ukraynanın simasında gördü”.


Teqlər:





Xəbər lenti