ABŞ-da senator öldürülüb - ölü sayı 9 oldu

ABŞ-da senator öldürülüb - ölü sayı 9 oldu
  18 İyun 2015    Oxunub:9744
ABŞ-da Çarlston şəhərində (Cənubi Karolina ştatı) Afrika metodist yepiskopal kilsəsində baş verən atışma nəticəsində 9 nəfər həlak olub.

AzVision.az
xəbər verir ki, ağdərili kişi kilsəyə girərək kilsəyə gələnlərə atəş açıb.

Kilsədə 8 nəfərin meyiti tapılıb. Onlardan biri ABŞ Senatının üzvü senator Cənubi Karolinadan seçilən Klementa Pinknidir.

Xəstəxanaya yerləşdirilən iki nəfərdən biri artıq keçinib. Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.


Teqlər:  





Xəbər lenti