Rusiyaya qarşı sanksiyaların müddəti 6 ay uzadıldı

Rusiyaya qarşı sanksiyaların müddəti 6 ay uzadıldı
  18 İyun 2015    Oxunub:1723
Avropa Birliyi ölkələri Brüsseldə Rusiyaya qarşı sanksiyaları daha 6 ay - gələn il yanvarın sonunadək, Krıma sərmayə qadağasının isə daha 1 il uzadılması barədə razılıq əldə ediblər.

Diplomatik mənbələrdən verilən məlumata görə, 28 Avropa Birliy ölkəsinin səfirləri sənədin mətnində konsensus əldə ediblər.

Rusiya ilə bağlı qərarın xarici işlər nazirlərinin iyunun 22-də Lüksemburqda keçiriləcək toplantısında qəbul ediləcəyi gözlənilir.

Krımla bağlı tədbirlərin isə artıq iyunun 19-dan qüvvəyə minəcəyi gözlənilir.

Bu sanksiyalar ötən il Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Avropa Birliyi bəyan edib ki, bu sanksiyaların davamlılığı Ukraynanın şərqində atəşkəs rejiminə tam əməl edilməsindən asılı olacaq.


Teqlər:





Xəbər lenti