Tbilisidə şir insana hücum etdi - YENİLƏNİB

Tbilisidə şir insana hücum etdi - YENİLƏNİB
  17 İyun 2015    Oxunub:13698
Gürcüstanın paytaxtı Tbilisidə şir insana hücum edib.
AzVision.az “Front News”-a istinadən xəbər verir ki, hadisə “Laquna Vera” üzgüclük hovuzunun ərazisində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, şirin hücumuna yaxınlıqdakı anbarlardan birinin sahibi məruz qalıb. Şirin hücum etdiyi şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə patrul polisi gəlib. Sakinlər şirin öldürülməsini tələb ediblər.

Qeyd edək ki, iyunun 14-ü baş verən təbii fəlakət nəticəsində Tbilisi Zooparkı dağılıb. Nəticədə begemot, ayı, pələng və digər vəhşi heyvanlar da şəhər küçələrinə dağılmışdı.

***

16:21

Yayılan son məlumatlara görə, Gürcüstan hüquq-mühafizə orqanları əməkdaşları insana hücum edən şiri zərərsizləşdirib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti