ABŞ işgəncələrdən imtina edir

ABŞ işgəncələrdən imtina edir
  17 İyun 2015    Oxunub:1839
ABŞ Senatı terrorçuluqda şübhəli bilinən şəxslər də daxil olmaqla saxlanılan insanlara işgəncə edilməsini qadağan edən təklifi dəstəkləyib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Bundan sonra qanun layihəsinə düzəliş baxılması üçün ABŞ Konqresinin Nümayəndələr palatasına göndəriləcək. Əgər palata düzəlişi qəbul etsə, onda o imzalanması üçün prezidentə göndəriləcək.

Qeyd edək ki, daha əvvəl prezident Barak Obama saxlanılan şəxslərə işgəncə edilməsi qadağan edən sərəncam imzalamışdı. Lakin senatorlar düşünür ki, bu qadağa rəsmi olaraq qanunvericiliyə də salınmalıdır.

Qanunvericilik təşəbbüsünün müəllifləri Con Makkeyn və Dayen Faynstayndır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti