`Bakıda yaxşı qarşılandıq` - Erməni idmançı

`Bakıda yaxşı qarşılandıq` - Erməni idmançı
  17 İyun 2015    Oxunub:5905
"Bakıda heç bir psixoloji təzyiq olmayıb. Bizi yaxşı qarşıladılar".
Bunu Azərbaycanın paytaxtında keçirilən I Avropa Oyunlarında mübarizə aparan erməni idmançı deyib.

Karapet Çalyan yunan-Roma güləş növündə 75 kq çəki dərəcəsində mübarizə aparıb. Uduzan erməni idmançı artıq ölkəsinə qayıdıb və jurnalistlərə açıqlama verib.

Çalyan öz çıxışından narazı qaldığını da dilə gətirib. "Birlmirəm ki, nə üçün belə oldu, heç bir psixoloji təzyiq yox idi. Yaxşı hazırlaşmışdım və medal qazanmağı çox istəyirdim. Amma alınmadı".

Xatırladaq ki, erməni güləşçi Miqran Arutyunyan (66kq) da bir neçə gün öncə Bakı haqqında təəssüratları ilə bölüşmüşdü. Erməni idmançı Bakı-2015 haqda təəssüratlarının çox yaxşı olduğunu bildirib. "Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm".

Miqran Arutyunyan Bakı-2015-də rus güləşçi Artyom Surkova məğlub olaraq gümüş medal qazanıb. (Ans)


Teqlər:  





Xəbər lenti