Evers ildə 4 sm irəliləyir

Evers ildə 4 sm irəliləyir
  16 İyun 2015    Oxunub:2170
Comolonquma dağı (Everst) ildə 4 sm sürətlə şimal-şərqə doğru irəliləyir və 0,3 sm hündürləşir.
Bu haqda Çinin Geodeziya və Kartoqrafiya Dövlət Bürosu məlumat yayıb. Məlumata görə, son 10 ildə dağ 40 sm irəliləyərək, 3 sm hündürləşib.

Bu ilin aprelin 25-də Nepalda baş verən 8,1 bal gücündə zəlzələdən sonra hündürlüyündə dəyişilik olmasa da, dağ cənub-qərbə doğru 3 sm irəliləyib. Mayın 12-də baş vermiş zəlzələ isə onun irəliləməsi və hündürləşməsinə təsir göstərməyib.

Apreldəki yeraltı təkanlardan sonra Büro Tibet dağlarında işləyən 6 nəfərlik qrupa 10 il öncəki vəziyyətlə 2015-ci il mayın 10-13-dək olan göstəriciləri müqayisə etməyi tapşırıb. Yuxarıda qeyd edilən göstərici, bu müşahidələrin nəticəsidir.
(Report)


Teqlər:  





Xəbər lenti