Erməni şagirdlər Bakıya gəlməkdən imtina etdi

Erməni şagirdlər Bakıya gəlməkdən imtina etdi
  16 İyun 2015    Oxunub:3719
Ermənistan məktəbliləri iyunun 20-29-da Bakıda keçiriləcək kimya üzrə 47-ci Beynəlxalq Olimpiadada iştirak etməyəcək.
"AzVision.az"ın Erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərin görə, olimpiada iştirak etmək üçün ərizələr iyunun 15-dək verilməli idi: "Lakin olimpiadanın keçiriləcəyi ölkə olan Azərbaycan təhlükəsizliyimizə təminat verməyib. Azərbaycan tərəfi qeyd edib ki, məsələ ilə bağlı I Avropa Oyunları başa çatdıqdan sonra məşğul olacaq".
Xatırladaq ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası bu il iyulun 20-29-da Bakıda keçiriləcək. Olimpiadanın təşkilatçısı M.Lomonosov adına Moskva Dövlət Unversitetinin Bakı filialıdır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti