Sarkisyan gizli şəkildə Moskvaya gedib

Sarkisyan gizli şəkildə Moskvaya gedib
  16 İyun 2015    Oxunub:3242
Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü Moskvaya səfər edib.
AzVision.az Ermənistanın “Qraparaq” qəzetinə istinadən xəbər verir ki, Sarkisyan Moskvaya baş nazir Ovik Abramyanla birgə gedib.

Sarkisyan və baş nazir Moskvada Rusiyada yaşayan erməni milyonçu Kamo Avaqumyanın oğlunun toy mərasimində iştirak edib.

Qeyd edək ki, Avaqumyan “Mercedes” markalı avtomobillərin Rusiyaya idxalı ilə məşğuldur. O, həmçinin Ermənistan Baş Prokurorluğunun Rusiya Prokurorluğunda təmsilçisidir.

Toy mərasimində Ermənistan Baş Prokuroru Avqan Ovsepyan, Karapetyan qardaşları, həmçinin Moskvada yaşayan bütün erməni oliqarxları iştirak ediblər.
“Bazar günü Abramyan Sarkisyanla birgə eyni təyyarədə Ermənistana qayıdıb”,-deyə qəzet yazır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti