Obama ailəsi 500 nəfərə qonaqlıq verdi

Obama ailəsi 500 nəfərə qonaqlıq verdi
  16 İyun 2015    Oxunub:1651
ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel Obama həftəsonu Ağ Evdə 500 nəfərin iştirak etdiyi qəbulun pulunu öz şəxsi vəsaitləri hesabına ödəyib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Coş Ernest bildirib.

Ernest jurnalistlərin Ağ Evdə qəbulun prezident ailəsinə neçiyə başa gəlməsi barədə sualları cavabsız qoyub. Həftəsonu keçirilən qəbulda Stiv Uander və Prince kimi ulduzlar da iştirak edib. Qəbulda həmçinin korporasiya rəhbərləri, lobbiçilər və digər nüfuzlu şəxslərdə olub.

“Prezident və birinci xanım şənbə günü axşam saatlarında Ağ Evdə qəbul təşkil edib... Onlar qəbula görə bütün xərcləri özləri ödəyiblər”, - deyə Ernest vurğulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti