Ledi Qaqanın Bakı səfəri ilə bağlı iddia
AzVision.az-ın məlumatına görə, bu barədə Toby Keel adlı jurnalist “eurosport” saytında yazdığı köşə yazısında qeyd edib.
Jurnalist bildirib ki, Ledi Qaqa Bakıda səhnəyə çıxması üçün 2 milyon dollar pul alıb.
“Ledi Qaqa bu pullarla çox zəngin ola bilər. O, cəmi 10 dəqiqə səhnədə qalıb. Və bu qədər yüksək məbləğdə pulun sahibi olub”,-deyə jurnalist vurğulayıb.
Ledi Qaqanın Bakıda verdiyi konsertə görə aldığı vəsaitin həcmi rəsmi şəkildə açıqlanmayıb.
Gənclər və idman naziri Azad Rəhimov mətbuata verdiyi açıqlamada bildirib ki, Avropa Oyunlarının açılış mərasiminin təşkili üçün ümumilikdə 100 milyon manatdan çox vəsait xərclənib.
Hafiz Əhmədov