Gümrüdə öldürülən rus hərbçinin qatili bəlli oldu

Gümrüdə öldürülən rus hərbçinin qatili bəlli oldu
  16 İyun 2015    Oxunub:2990
Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri İvan Novikovun qətlində əsas şübhəli şəxsin adı açıqlanıb. Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, qətldə Novikovun xidmət yoldaşı İvan Bosxomciyev günahlandırılır.

Onun “Odnoklassik”lərdəki səhifəsindən görünür ki, Bosxomciyevi 21 yaşı var, Həştərxandandır.

Az öncə o, istintaqa etiraf edici ifadələr verib. Hadisə hərbi bazadan kənarda baş verdiyi üçün Ermənistanın hüquq-mühafizə orqanları da cinayət işi qaldırıb.


Teqlər:





Xəbər lenti