Ərdoğan Bakıdakı finalı telefonda izlədi

Ərdoğan Bakıdakı finalı telefonda izlədi
  15 İyun 2015    Oxunub:2745
Türkiyə prezidenti finala təyyarədə baxmağa məcbur olub
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Avropa Oyunlarını mobil telefon vasitəsi ilə izləməsinin görüntüsü yayılıb.

APA-nın məlumatına görə, o, 130 kq çəki dərəcəsində türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalpın çıxışını mobil telefonu vasitəsi ilə izləyib.

Türkiyə mətbuatının yazdığına görə, Ərdoğan İstanbuldan Ankaraya getməzdən öncə təyyarədə Avropa və dünya çempionu olan R. Kayaalpın finaldakı çıxışına mobil telefonu vasitəsilə baxmağa məcbur olub.


Qeyd edək ki, Türkiyə komandası Bakı-2015 I Avropa Oyunlarında ümumi hesabda 3-cü pillədə qərarlaşıb.


Teqlər:  





Xəbər lenti