Ərdoğan siyasi liderlərlə tək-tək görüşəcək

Ərdoğan siyasi liderlərlə tək-tək görüşəcək
  14 İyun 2015    Oxunub:1463
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə “Sabah” qəzetinin baş redaktoru Erdal Şafaka mühüm açıqlamalar verib.
Musavat.com-un məlumatına görə, Ərdoğan koalisiya qərarı verməzdən əvvəl bütün partiya liderləri ilə tək-tək görüşəcəyini deyib.

Ərdoğan bildirib ki, məhz bu görüşlərdən sonra qərarını verəcək. Türkiyə prezidenti qeyd edib ki, siyasi qaydalara görə, hökumətin qurulmasını seçkilərdə ən çox səs toplayan partiyaya tapşıracaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi.


Teqlər:





Xəbər lenti