`Münaqişənin tam həllinə inanırıq` - Uorlik

`Münaqişənin tam həllinə inanırıq` - Uorlik
  14 İyun 2015    Oxunub:1303
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda Abşeron qəsəbəsində Zəngilandan olan məcburi köçkünlər üçün görüş keçirib.
Trend-in məlumatına görə, görüşdə amerikalı həmsədr Ceyms Uorlik qeyd edib ki, həmsədrlərin arzusu münaqişədən əziyyət çəkənlərin hamısının evlərinə qayıtmasıdır: “ Biz münaqişənin tam həllinə inanırıq. Biz istəyirik ki, məcburi köçkünlər evlərinə- Zəngilana qayıtsınalar. Biz həmsədrlər kimi bunun tez bir zamanda baş verməsi üçün hər şeyi edirik, lakin çox şey Azərbaycan və Ermənistan prezidentlərindən və tərəflərin siyasi iradəsindən asılıdır”.

C. Uorlik əlavə edib: “Biz ümid edirik ki, Zəngilandan olan insanlar doğma yurd-yuvalarına qayıda və ermnənilərlə birgə yaşaya biləcəklər. Hesab edirəm ki, Azərbaycan və Ermənistandakı valideynlər və müəllimlər uşaqları sülhə çağırmalıdırlar”.


Teqlər:





Xəbər lenti