21 zəvvar avtobus qəzasında öldü

21 zəvvar avtobus qəzasında öldü
  14 İyun 2015    Oxunub:3262
Hindistanın Andxra-Pradeş ştatında yerləşən Radjamandri şəhəri yaxınlığında zəvvarları daşıyan sərnişin avtobusu Qodavari çayındakı bənddən aşıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, zəvvarlar Tirupati şəhərindən qayıdırmış. Hadisə nəticəsində aralarında 8 qadın və 6 azyaşlı uşağın da olduğu azı 21 nəfər həyatını itirib. Xilas olunan iki uşağın ciddi xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya aparıldığı bildirilir.

Yol nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


Teqlər:





Xəbər lenti